Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev etimadnaməsini bu ölkənin prezidenti Coko Vidodoya təqdim edib. Bu barədə Azərbaycanın Cakartadakı səfirliyindən məlumat verilib.
“Görüşdə Azərbaycan və İndoneziya arasında iqtisadiyyat, ticarət, neft, turizm və vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd edilib”, - deyə məlumatda bildirilir.*
A.Əzizov