Bakıda sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qəza Bayıl qəsəbəsi, “20-ci Sahə” adlanan ərazidə baş verib. Hadisə zamanı 6 nəfər, o cümlədən 6 yaşlı qız xəsarət alıb. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, xəsarət almış 17 yaşlı oğlana isə yerindəcə yardım göstərilib”, – deyə məlumatda bildirilir.*
A.Əzizov