2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın daxili bazarında neft məhsullarının istehlak həcmi 2 milyon 886,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 1 milyon 4,8 min ton avtomobil benzini (artım 9,2%), 1 milyon 39,1 min ton dizel yanacağı (artım 9,2%), 196,3 min ton nafta (artım 15%), 296,2 min ton təyyarə yanacağı (artım 2%), 136,2 min ton maye qaz (artım 7,2%) istehlak edilib.
Yanvar-sentyabr aylarında neft bitumu istehlakı 25,8% - 175 min tonadək, sürtkü yağı istehlakı 14,4% - 39,2 min tonadək azalıb.*
Ə.Məmmədov