2019-cu ilin yanvar-noyabr aylarında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 87,6 milyon manat (cari məzənnə ilə $51,5 mln.) daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.
“Cari ilin yanvar-noyabr aylarında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 80 mln. manat məbləğində proqnoz göstəricisinə qarşı 87,6 mln. manat təşkil edib. Beləliklə, daxilolmalar üzrə proqnoz 110% icra edilib”, - deyə məlumatda bildirilir.
Bu ilin əvvəlindən ƏMDK dövlət əmlakının satışı ilə bağlı 125 hərrac keçirib, eləcə də 4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan edib.*
Ə.Məmmədov