2019-cu ilin I yarısında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 95 milyon 827,4 min manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 8,6% azdır.
Xərclərin 29,2%-i – 28 milyon 12,8 min manat agentlərə komissiya haqlarının ödənilməsinin payına düşüb (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 22,3%).
29 milyon 542,4 min manat (artım 22,1%) və ya xərclərin 30,8%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 7 milyon 343,6 min manat (azalma 2%), sosial ayırmalar 4 milyon 559,8 min manat (azalma 7,5%), icarə ödənişləri 2 milyon 781,8 min manat (azalma 17,9%) təşkil edib.
Bundan başqa, hesabat dövründə sığorta sektoru reklama 1 milyon 869,3 min manat yönəldib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 11,7% azdır.*
Ə.Məmmədov