2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana kondisioner idxalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə - 197 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $46 milyon 640,5 min məbləğində (artım 1,6 dəfə) qiymətləndirilir.
Yanvar-sentyabr aylarında Azərbaycana $61 milyon 809,3 min dəyərində (artım 31,8%) 405,7 min ədəd (artım 35,5%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 9,3% - 130,6 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $27 milyon 40,7 min (artım 19,3%) təşkil edir.*
B.Rüstəmbəyov