2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 291,9 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 47,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-sentyabr aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $100 milyon 43,9 min (artım 1,7 dəfə) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $6 milyon 589,9 min dəyərində (azalma 19,3%) 28 min 302 ton (azalma 17,8%) sement və sement klinkeri idxal edilib.
Yanvar-sentyabr aylarında respublikaya $43 milyon 551,4 min dəyərində (artım 17,5%) 37 min 245,8 ton (artım 27,8%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $193 milyon 667,8 min dəyərində 255,2 min ton metalyayma məhsulu (artım 25,6%), $50 milyon 380,9 min dəyərində 89 min 387,6 ton qara metaldan hazırlanan çubuqlar (azalma 20%), $23 milyon 98,9 min dəyərində 30 min 500,1 ton qara metaldan hazırlanan günyə (artım 13,2%), $193 milyon 706,1 min dəyərində (azalma 41,9%) 140,5 min ton qara metaldan hazırlanan boru (azalma 13,6%) idxal edilib.*
B.Rüstəmbəyov