Bu gün Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmiş 3 tələbə qız aşkarlanıb.
“Bu gün saat 12:35 radələrində 2 saylı yataqxanadan Təcili Yardım Xidmətinə 3 tələbənin zəhərlənməsi barədə məlumat daxil olub”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Həkimlərin otaqda huşsuz vəziyyətdə tapdıqları qızların ağızlarından qan gəlib.
“Qızlar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Onlardan biri ölüb, ikisinin vəziyyəti isə kritikdir”, - deyə məlumatda qeyd olunur.
Tələbələr 20-22 yaş arasındadır.
Nazirlikdən məlumat veriblər ki, hazırda qızların nədən zəhərləndikləri araşdırılır.*
X.Nəsirzadə