2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 648,7 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalı 2 milyon 853,9 min ton (2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 2%), tikinti əhəngi istehsalı 37,1 min ton (artım 51,1%), sement, süni daş və ya betondan tikinti blokları və kərpic istehsalı 76,1 min ton (artım 24,2%), asfalt istehsalı 333,1 min ton (artım 36%), tikinti kərpici istehsalı 353,3 min ton (artım 41,4%), hazır beton qarışığı istehsalı 1 milyon 524,1 min ton (artım 27,8%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 30,92 min ton (artım 17,2%) təşkil edib.
Yanvar-oktyabr aylarında tikinti gipsi istehsalında 71,7% - 11,9 min tonadək, yığma beton konstruksiya istehsalında 55,4% - 35,7 min kubmetrədək azalma qeydə alınıb.*
Ə.Məmmədov