Prezident İlham Əliyev Sumqayıt şəhərində 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün 6 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılacaq.*
Ə.Məmmədov