«AzerGold» QSC orta və uzunmüddətli strateji inkişaf planının hazırlanması üçün məsləhət xidmətinin satın alınmasına 2,1 milyon manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “AzerGold” “Boston Consulting Group” (BCG) beynəlxalq şirkətinin Azərbaycandakı filialını strateji inkişaf planının hazırlanması üçün məsləhətçi qismində cəlb edib.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 2 milyon 106,3 min manatdır (cari məzənnə ilə $1,23 milyon).
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova