Prezident İlham Əliyev bu gün Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Sərəncama əsasən, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Bundan başqa, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Qasımova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.*
X.Nəsirzadə