2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan $20 milyon 506,22 min məbləğində təzə xurma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-sentyabr aylarında Azərbaycan $20 milyon 506,22 min məbləğində 27,07 min ton xurma ixrac edib. 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xurma ixracı miqdar ifadəsində 6,2% artıb, dəyər ifadəsində 0,41% azalıb”, - deyə məlumatda bildirilir.
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, 2019-cu ilin 9 ayı ərzində Rusiyaya $19 milyon 716,81 min məbləğində (azalma 1%) 25,017 min ton (artım 4,2%) təzə xurma ixrac olunub. Ümumilikdə, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan təzə xurma ixracının 92,4%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $114 milyon 538,97 min məbləğində 150,912 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $105 milyon 168,89 min məbləğində 127,547 min ton xurma ixrac edilib.*
B.Rüstəmbəyov