Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında $142 milyon 291,12 min dəyərində pomidor ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan $142 milyon 291,12 min dəyərində 134,148 min ton pomidor ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 5%, dəyər ifadəsində 1,65% azalıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Belə ki, cari ilin yanvar-sentyabr aylarında Rusiyaya $141 milyon 612,23 min dəyərində 132,574 min ton pomidor (bütün ixracın 98,8%-i – İF) ixrac olunub. 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 5,7%, dəyər ifadəsində 2,5% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə $177 milyon 380,78 min dəyərində 171,921 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $176 milyon 263,12 min dəyərində 170,315 min ton pomidor ixrac edilib.*
B.Rüstəmbəyov