Maliyyə Nazirliyi müxtəlif İKT avadanlıqlarının və server avadanlıqları üçün ehtiyat hissələrinin satın alınmasına 221 min manatdan çox vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Nazirliyin elan etdiyi müvafiq tenderin qalibi «Bakinity Distribution» MMC olub. Müqavilənin dəyəri 221 min 214,01 manatdır”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov