“Aqrolizinq” ASC mineral gübrələrin satın alınmasına təxminən 14,28 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Aqrolizinq” “AGRO TT” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilə çərçivəsində şirkət cəmiyyətə 30 min ton ammonium nitrat tədarük edəcək.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
Ə.Məmmədov