Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.
M.Əliyeva Rusiyada rəsmi səfərdədir.
V.Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.
“Bu, məntiqli qərardır. Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”, - deyə Rusiya prezidenti bildirib.
O qeyd edib ki, ordenin adı M.Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.
M.Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.*