“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AzSığorta” şirkətinin maliyyə dayanıqlılığı reytinqini "B" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrə proqnoz “stabil” səviyyəsində saxlanılıb.
"AzSığorta"nın reytinqi şirkətin biznes profilinin orta səviyyəsini və yüksək investisiya riskini əks etdirir”, - deyə məlumatda bildirilir.
9 ay ərzində şirkətin yığımları AVSMMİS üzrə daxilolmaların azalması səbəbindən 19% azalıb. AVSMMİS seqmentində “AzSığorta”nın bazar payı 2018-ci ilin sentyabr ayının sonuna olan 10%-dən bu ilin sentyabr ayının sonuna olan 5%-ə qədər azalıb. “Fitch” hesab edir ki, “AzSığorta” bazarda daha böyük şirkətlər tərəfindən güclü rəqabət təzyiqi səbəbindən öz yerini tapmağa çalışır.
“AVSMMİS üzrə itkilərlə əlaqədar «AzSığorta”nın biznes portfeli əmlak sığortasına keçid edib. Bu fəaliyyət sahəsinə icbari mənzil və kommersiya daşınmaz əmlakının sığortası daxildir. 2019-cu ilin yanvar-sentyabr aylarında ümumi sığorta haqlarının 15%-i kommersiya daşınmaz əmlakının payına düşüb (onlar əsasən “Gilan Holding”lə bağlanılıb). “AzInsurance” şirkətinin əlaqəli tərəflərdən əldə etdiyi biznesdən asılılığı nəzərə çarpacaq dərəcədədir”, - deyə agentliyin məlumatında qeyd olunur.
“AzSığorta” şirkətinin 2019-cu ilin 9 ayı üzrə hesabatında bildirilirdi ki, onun xalis mənfəəti 2,4 milyon manat təşkil edib ki, bu da əsasən 2,9 milyon manat məbləğində güclü investisiya tərkib hissəsi və 0,3 milyon manat məbləğində mənfi anderraytinq göstəricisi ilə şərtlənmişdir. “Fitch”in gözləntilərinə görə, “AzInsurance” şirkətinin anderraytinq üzrə gəlirliliyi xüsusilə biznes həcmlərinin azalması fonunda təzyiq altında qalacaq.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımı və ödənişlərin həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.*
Ə.Məmmədov