Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunun yenidənqurmadan sonra açılış mərasimində iştirak ediblər. Bu barədə Rusiya mətbuatı xəbər verir.
14 nömrəli pavilyon (keçmiş “Azərbaycan SSR” pavilyonu) 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında inşa edilib. Pavilyonun baş fasadını Fuad Əbdürrəhmanovun işləri bəzəyirdi. Heykəltəraş-monumentalist “Çoban” heykəlini yaratdığına görə Stalin mükafatına layiq görülüb.
Pavilyon 2016-cı ildə Azərbaycana təhvil verilib.*
X.Nəsirzadə