Prezident İlham Əliyev bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-yə 5 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, vəsait Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılması vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılmasına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən ayrılacaq.*
X.Nəsirzadə