“Aqrolizinq” ASC cəmiyyətin balansında olan avtonəqliyyat vasitələrinin KASKO sığortası üçün şirkət seçir.
“Seçim kotirovka sorğusu metodu ilə aparılır. Sığorta şirkətləri təkliflərini 27 noyabr saat 18:00-dək təqdim edə bilər”, - deyə cəmiyyətdən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Təkliflər noyabrın 28-də qiymətləndiriləcək.
Hazırda “Aqrolizinq” ASC-nin avtonəqliyyat vasitələrinin KASKO sığortası “Qala Sığorta” şirkəti tərəfindən həyata keçirilir.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
Ə.Məmmədov