Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST agentliyi bu gün əlilliyi olan şəxslərə sosial ödənişlərin təyin edilməsi üzrə elektron sistemi təqdim edib
"Biz əlilliyi olan şəxslərə aylıq elektron ödəniş mexanizmini istifadəyə vermişik. Ümumilikdə, bu ilin sonuna qədər 19 növ sosial ödəniş rəqəmsallaşdırılaraq elektron sistemə köçürüləcək", - deyə Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bu gün mətbuat konfransında bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdülqədirov isə qeyd edib ki, əlilliyi olan şəxslərə aylıq sosial ödənişlərin təyin edilməsi üzrə yeni elektron sistem ilin sonunadək imkanları məhdud olan 16 min nəfərə yaxın vətəndaşı, eləcə də 7,5 min uşağı əhatə edəcək.*
X.Nəsirzadə