Energetika Nazirliyi 2020-2050-ci illəri əhatə edəcək“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nı hazırlayacaq. Bu barədə nazirliyin məlumatında deyilir.
“Strategiyada enerji sektorunda karbon tullantılarının azaldılması, enerji bazarlarının iqtisadi fəaliyyəti, təchizatın təhlükəsizliyi ilə bağlı məsələlər öz əksini tapacaq”, - deyə məlumatda qeyd olunur.
Strategiya prezident İlham Əliyevin "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 29 may 2019-cu il tarixli Sərəncamı çərçivəsində hazırlanır.
Bununla əlaqədar Avropa İttifaqının maliyyə dəstəyi ilə beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Məqsəd beynəlxalq enerji bazarlarının inkişaf meylləri nəzərə alınmaqla 2050-ci ilə qədər inkişaf üçün “Uzunmüddətli Enerji Strategiyası” layihəsinin hazırlanmasıdır.
Avropa İttifaqı ümumi büdcəsi 21 mln avro təşkil edən EU4Energy proqramı çərçivəsində Azərbaycanın enerji sektorunun islahatına və dayanıqlı enerji siyasətinin hazırlanmasına dəstək verir.*
N.Abbasova