"SOCAR Polymer" şirkəti Volqodonskda qablaşdırma plyonkasının istehsalı üçün Rostov vilayətinə polipropilenin ilk partiyasını tədarük edib. Bu barədə vilayətin qubernatoru Vasiliy Qolubev məlumat verib.
"SOCAR Polymer" şirkəti Volqodonskdakı “Voterfoll” müəssisəsində biaksial plyonka istehsalı üzrə yüksəksürətli xətlər üçün polipropilenin ilk partiyasını artıq Rostov vilayətinə tədarük edib. Bu layihə yeni, yüksək texnoloji sahədə uzunmüddətli əməkdaşlığa doğru ilk addım oldu. Ekspertlərin qiymətləndirmələrinə görə, tədarükün həcmi 1,5 milyard rublu ötəcək", - deyə Don24.ru nəşri Qolubevə istinadən yazıb.
Qubernator qeyd edib ki, 2019-cu ilin sonunadək “Donetskiy ekskavator” şirkəti Azərbaycana kənd təsərrüfatı texnikasının tədarükü haqqında müqavilə bağlamağı planlaşdırır.
V.Qolubev, həmçinin Azərbaycan rəhbərliyini gələn il Böyük Vətən Müharibəsi illərində vilayətdə döyüşmüş Azərbaycanın iki diviziyasının döyüşçülərinin də xatirəsinə yaradılan "Sambek yüksəklikləri" memorialının ərazisində eyniadlı hərbi-tarixi muzey kompleksinin açılışına dəvət edib.*
N.Abbasova