2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan $23 milyon 132,56 min dəyərində şəkər və saxaroza ixrac edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
"2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan $23 milyon 132,56 min dəyərində 53,385 min ton şəkər və saxaroza ixrac edib. 2018-ci ilin eyni dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 49,4%, dəyər ifadəsində 11,4% artıb", - deyə məlumatda bildirilir.
Şəkər ixracının ən böyük həcmi Türkmənistan və Gürcüstanın payına düşüb. Xüsusilə bu ilin 9 ayı ərzində Türkmənistana $13 milyon 863,25 min dəyərində (azalma 18,4%) 31,185 min ton şəkər (artım 9,7%) ixrac edilib.
Gürcüstana isə $8 milyon 258,48 min məbləğində (artım 91 dəfə) 19,917 min ton (artım 177 dəfə) şəkər ixrac edilib.
Bu dövrdə Azərbaycan, həmçinin $33 milyon 880,5 min ton (artım 2,4 dəfə) məbləğində 81,538 min ton (artım 2,6 dəfə) şəkər və saxaroza idxal edib.
İdxalın ən böyük həcmi Ukraynanın payına düşüb. Cari ilin yanvar-sentyabr aylarında bu ölkədən $24 milyon 161,39 min məbləğində (artım 2,8 dəfə) 57,168 min ton şəkər (artım 3) idxal edilib.
Azərbaycana şəkərin digər iri tədarükçüsü isə Rusiyadır. Qeyd olunan dövrdə Rusiyadan $9 milyon 632, 42 min məbləğində (artım 1,8 dəfə) 24,372 min ton (artım 2 dəfə) şəkər idxal edilib.*
N.Abbasova