Prezident İlham Əliyev Valeh Ələsgərovu Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, V.Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.
V.Ələsgərov Milli Məclisin vitse-spikeridir.
O, dövlət başçısının sərəncamı ilə 2018-ci ildə Ələt azad iqtisadi zonasının inkişafı məqsədilə yaradılmış işçi qrupunun rəhbəri təyin edilib.*
N.Abbasova