Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı yeni səfiri Zakari Qross ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
“Görüş zamanı Məmmədyarov və Qross Azərbaycanla Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - XİN-in mətbuat xidməti məlumat verir. **
N.Abbasova