Prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 5 fevral tarixli sərəncamına dəyişikliklər edib.
Dəyişikliklərin mətni dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, prezident İ.Əliyev Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində rayon icra hakimiyyətlərinə 40 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.* Dəyişikliklərə əsasən, “Binaların sayı, ədəd” sütununda “237” rəqəmləri “266” rəqəmləri ilə, “146” rəqəmləri “170” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütunlarında “751” rəqəmləri “798” rəqəmləri ilə, “542” rəqəmləri “581” rəqəmləri ilə, “620” rəqəmləri “664” rəqəmləri ilə, “413” rəqəmləri “449” rəqəmləri ilə, “131” rəqəmləri “134” rəqəmləri ilə, “129” rəqəmləri “132” rəqəmləri ilə, “Sayı, ədəd” sütunlarında “192” rəqəmləri “218” rəqəmləri ilə, “103” rəqəmləri “124” rəqəmləri ilə, “45” rəqəmləri “48” rəqəmləri ilə, “43” rəqəmləri “46” rəqəmləri ilə əvəz edilib.
Bu məqsədlərə 31 mln. 956,2 min manat yönəldiləcək. **
N.Abbasova