Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında İtaliyaya 8 mln. 549 min 656,83 ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“İtaliyaya ixrac edilmiş neftin dəyəri $4 mlrd. 168 mln. 799,4 min təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 19,7%, dəyər ifadəsində 9,5% artıb”, - hökumətdən bildirilir.
2019-cu ilin 9 ayı ərzində ixracın ümumi həcmində 36,8% İtaliyaya tədarükün payına düşüb.
Hesabat dövründə Azərbaycan neftinin ən iri alıcıları sırasına İsrail ($1 mlrd. 65 mln. 418,22 min dəyərində 2 mln. 219 min 232,93 ton), Hindistan ($822 mln. 615,07 min dəyərində 1 mln. 656 min 848,38 ton), Almaniya ($711 mln. 163 min dəyərində 1 mln. 509 min 654,09 ton), Çin ($667 mln. 55,12 min dəyərində 1 mln. 310 min 857,01 ton), İspaniya ($538 mln. 27,01 min dəyərində 1 mln. 137 min 503,42 ton) Fransa ($440 mln. 860,55 min dəyərində 897 min 178,17 ton) və Çexiya ($430 mln. 523,29 min dəyərində 885 min 36,18 ton) daxil olub.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş $11 mlrd. 267 mln. 61,85 min dəyərində neftin bəyan edilmiş həcmi 23 mln. 254 min 21,99 ton təşkil edib. **
N.Abbasova