Prezident İlham Əliyev və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov Bakıda keçirilən görüşdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə jurnalistlərə bu gün Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ordu generalı Valeriy Gerasimovu Bakıda qəbul edib. O, həmçinin müdafiə nazirinin birinci müavini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadikovla da danışıqlıar aparıb", - deyə məlumatda bildirilir.
Görüşlər zamanı beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri, o cümlədən Müdafiə nazirliklərinin Xəzərdə qarşılıqlı fəaliyyəti müzakirə edilib.*