2019-cu ildə “yaşıl dəhliz” sistemini tətbiq şirkətlər $6 mlrd. dəyərində ticarət əmliyyatları həyata keçiriblər. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Azərbaycanda “yaşıl dəhliz” sisteminin 2019-cu ilin fevral ayında tətbiq olunmasına baxmayaraq, ötən dövr ərzində “yaşıl dəhliz”in iştirakçıları $6 mlrd. dəyərində ticarət əmliyyatları həyata keçiriblər”, - Mehdiyev bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, bütövlükdə gömrük orqanları sərhədlərdə yoxlama prosesini sürətləndiriblər.
Mehdiyevin sözlərinə görə, əgər gömrük keçid məntəqəsinin əvvəl gündəlik buraxılış qabiliyyəti 200 avtomobil təşkil edirdisə, hazırda bu göstərici 450-600 avtomobil təşkil edir.
“Ümumilikdə, bütün bu islahatlar Azərbaycanın Doing Business və digər reytinqlərdə mövqelərinə müsbət təsir göstərə bilər”,- Mehdiyev əlavə edib. **
Ə.Məmmədov