Azərbaycanın gömrük orqanları tütün məmulatları və spirtli içkilərin idxalı üzrə aksizlərin artımına təşəbbüs göstərməyi planlaşdırmır. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Yaxın zamanda aksizlərin artımı üçün müraciət etməyi planlaşdırmırıq. Bu, gələn il üçün bu ilə nisbətən daha aşağı olan dövlət büdcəsinə aksizlər üzrə daxilolmalara dair planlarımızda öz əksini tapıb”, - Mehdiyev bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gələn il DGK yaşı 7 ildən artıq olan avtomobillərin idxalı üçün gömrük rüsumlarını artırmaq təklifi ilə müvafiq orqanlara müraciət etmək niyyətindədir.
“Bu, ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmağa imkan verəcək. Bundan əlavə, biz imkanı dəyərləndirmənin və daha yeni avtomobillərə rüsumların azaldılmasını nəzərdən keçirməyin əleyhinə deyilik”, - Mehdiyev bəyan edib. **
Ə.Məmmədov