2019-cu il 22 dekabr tarixində Özbəkistanda 150 yerdən ibarət parlamentin aşağöı palatasına seçkilər keçiriləcək. Bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev deyib.
Çərşənbə axşamı səfirin mətbuat konfransında qeyd etdiyi kimi, eyni zamanda vilayıt, şəhər və rayon şuralarına seçkilər keçiriləcək.
Fayziyev vurğulayıb ki, parlamentdə yerlər uğrunda beş siyasi partiya “mübarizə aparacaq” – Liberal Demokratik Partiyası, Xalq Demokratik Partiyası, “Milli tiklaniş” Demokratik Partiyası, “Adolat” Sosial Demokrarik Partiyası və Ekologiya Partiyası.
“Biz sağlam çoxpartiyalı rəqabət təşkili üzrə iş həyata keçirdik”, - Fayziyev qeyd edib.
“Hazırki seçkilər 2017-2021-ci illərdə Özbəkistanın beş prioritet istiqamət üzrə strategiyanın məqsədli vəzifələrinin qəbulu və reallaşdırılması nəticəsində meydana gələn keyfiyyətcə yeni siyasi, hüquqi, sosial-iqtisadi şəraitdə keçiriləcək”, - səfir əlavə edib.
Fayziyev qeyd edib ki, seçkilər yeni seçki məcəlləsinə uyğun keçiriləcək.
Sentyabrın 20-də seçki kampaniyası başlanıb. Özbəkistanın seçki məcəlləsinə əsasən, səsvermədən 65 gün əvvəl namizədlərin irəli sürülməsi və seçkilərdən 45 gün öncə başa çatacaq. “Hazırda qeydiyyatdan keçən partiyalar seçkiöncəsi təşviqat işi ilə məşğuldur”, - səfir bildirib.
Bundan əlavə, səfir qeyd edib ki, 700-ə yaxın xarici və beynəlxalq müşahidəçilərin iştirakı gözlənilir. “Məzahir Pənahova dəvət ünvanlamışıq (Azərbaycan MSK-nın sədri - İF). Azərbaycandan 5 deputat və işgüzar dairələrdən 3 nümayndənin seçkiləri müşahidə edəcəyi ni gözləyirik”, - səfir vurğulayıb. **
X.Nəsirzadə