“Azərmaş” MMC və Rusiyanın “Rostselmaş” MMC Azərbaycanda NOVA modelli Rusiya kombaynlarının yığımını nəzərdə tutan əməkdaşlığa dair saziş imzalayıb. Bunu “Rostselmaş”ın kommersiya direktoru Aleksey Şveytsov deyib.
Saziş noyabrın 22-də Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində imzalanıb.
Sənəd NOVA modelli kombaynların yığımını nəzərdə tutur. “Son 10 il ərzində “Rostselmaş” Azərbaycana təxminən 400 taxılyığan maşın tədarük edib. Onların təqribən 100%-i NOVA-nın da aid olduğu 3-cü sinif kombaynlardır. Hesab edirik ki, Azərbaycan ərazisində yığım istehsalının təşkili yığım texnikası sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək inkişafının daha səmərəli forması olacaq”, - Şveytsov bildirib.
Rusiya şirkətində cari ilin yazında saziş imzalandığı Sumqayıt Texnologiyalar Parkı layihəsinə qoşulma imkanını istisna etmirlər. “Azərbaycanda istehsal olunan ehtiyat hissələrinin istehsalı və yığım konveyerinə tədarükü, Azərbaycanda yığılan kombaynların lokallaşdırmasını artıracaq”, - Şveytsov vurğulayıb.
Hazırda “Azərmaş” MMC Azərbaycanda avtomobillərin istehsalı iləməşğul olur. **
B.Rüstəmbəyov