Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan Ordusunun təxribat törətmək “cəhdi” barədə yaydığı məlumatı təkzib edib.
“Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır. Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır”, - “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyindən məlumat verilib.
Çərşənbə axşamı Ermənistan mətbuatı işğal altında olan Ağdərə istiqamətində hər biri 20 və 14 nəfərdən ibarət iki qrup tərəfindən “təxribat törətmək cəhdi” barədə məlumat yayıb. Lakin döyüş zamanı nəticədə guya Azərbaycan tərəfi bir nəfər ağır yaralı ilə geri çəkilib. **
Ə.Məmmədov