Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində tədbirlərin təşkili üçün inventar, maşın, avadanlıq və kənd təsərrüfatı məhsullarının satın alınmasına 16,5 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, DMX bu məqsədlə ümumilikdə 16 mln. 586,563 min manat dəyərində iki müqavilə bağlayıb.
Xüsusilə «AzNest» QSC ilə inventar, maşın və avadanlıqların satın alınması haqqında 10 mln. 356,301 min manat dəyərində müqavilə bağlanıb.
Bundan başqa, «Aqri Kon» QSC ilə kənd təsərrüfatı məhsullarının satın alınması haqqında 6 mln. 230,262 min manat dəyərində müqavilə bağlanıb.*
B.Rüstəmbəyov