“BP-Azerbaijan” və SOCAR (ARDNŞ) şirkətləri 2020-ci il üçün “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə iş proqramını razılaşdırıb. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“SOCAR şirkəti ilə gələn il üçün “Şahdəniz” layihəsi üzrə iş proqramını razılaşdırmışıq. Hazırda 2020-ci ildə yataqdan hasilat üzrə rəqəmlər üzərində işləyirik”, - Aslanbəyli bu gün jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, şirkət 2019-cu ilə “Şahdəniz” yatağından hasilat üzrə planı yerinə yetirib.
“BP-Azerbaijan” şirkəti 2019-cu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 12,4 mlrd. kubmetr qaz (2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 55% çox) və 2,6 mln. ton kondensat hasil edib (artım 44.4%).
SOCAR şirkəti yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov 2019-cu ildə “Şahdəniz” yatağından 19 mlrd. kubmetr həcmində qaz hasil olunac
2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova