Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) tədbirlərində iştirak edəcək.
Energetika Nazirliyinin məlumatına görə, forum 28-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyada keçiriləcək.
“Ekvatorial Qvineyanın paytaxtı Malaboda keçiriləcək forum Qaz İxrac edən Ölkələrin dövlət və hökumət başçılarının V Sammiti çərçivəsində baş tutacaq”, – deyə məlumatda bildirilir.
Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.*
B.Rüstəmbəyov