Azərbaycan prezidenti İlham Əliyev rumıniyalı həmkarı Klaus İohannisi dövlət başçısı postuna təkrar seçilməsi münasibətilə təbrik edib.
Əliyev təbrik məktubunda Bakı ilə Buxarest arasında ikitərəfli münasibətlərin gələcəkdə uğurlu inkişafına əminlik ifadə edib.
“İnanıram ki, Azərbaycan-Rumıniya dostluğu və əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, - Azərbaycan prezidentinin saytında dərc olunan təbrikdə deyilir.
Əliyev İohannisə möhkəm cansağlığı, işlərində uğurlar, “dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq” arzulayıb. **
X.Nəsirzadə