Azərbaycan hökuməti 2020-2023-cü illərdə tütün istehsalının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin hökumətin proqnozlarına istinadən verdiyi məlumata görə, 2019-cu ilin yekunları üzrə 6,2 min ton tütün yığılacaq.
2020-ci ildə tütün yığımının həcmi 8,8 min tona (2019-cu illə müqayisədə artım 42% – İF), 2021-ci ildə 12 min tona, 2022-ci ildə 12,6 min tona, 2023-cü ildə 12,9 min tona çatacaq.
2018-ci ildə Azərbaycanda 6,3 min ton tütün yığılıb.
Beləliklə, 5 il ərzində (2019-2023-cü illər) tütün yığımı 2,1 dəfə artacaq.*
B.Rüstəmbəyov