2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 570,52 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,6% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 387 mln. 55.1 min manat (azalma 14,1%) və ya bütün bazar üzrə sığorta haqlarının 67,8%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 185 mln. 222,5 min manat (azalma 27,7%), qeyri-həyat sığortası üzrə sığorta haqları 201 mln. 832,6 min manat (artım 3,8%) təşkil edib.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 183 mln. 464,9 min manat (artım 10,2%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (138 mln. 629,1 min manat), könüllü tibbi sığorta (80 mln. 463,2 min manat) və AVSMMİS (84 mln. 463,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Hesabat dövründə bu 3 sığorta növü üzrə sığorta haqqları sığortaçıların daxilolmalarının 53,3%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 225 mln. 473 min manat (artım 9,5%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 159 mln. 657,1 min manat (artım 6,6%) və ya bazar üzrə bütün ödənişlərin 70,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 88 mln. 798,1 min manat (artım 2,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 70 mln. 859 min manat (artım 12,1%) məbləğində olub.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 65 mln. 815,9 min manat (artım 17,1%) təşkil edib.
Hesabat dövründə sığortaçılar ən çox həyatın yaşam sığortası (87 mln. 792,8 min manat), könüllü tibbi sığorta (49 mln. 598,2 min manat) və AVSMMİS (54 mln. 893,4 min manat) üzrə daha çox sığorta haqqı ödəyiblr. Ümumilikdə, bu 3 sığorta növü üzrə ödənişlər 2019-cu ilin 10 ayı ərzində bazar üzrə bütün ödənişlərin 85,3%-ni təmin edib.
2019-cu ilin oktyabr ayının sonuna Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir. **
Ə.Məmmədov