İsveçrənin “Stadler” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC 10 Stadler FLIRT sərnişin qatarının tədarükünə dair 115 milyon avro məbləğində müqavilə imzalayıb.
“Sifarişin dəyərinə ehtiyat hissələri və anbar avadanlığının tədarükü daxildir”, - “Stadler” məlumat verir.
Müqavilənin şərtlərinə görə, 4 qatar dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq və regional daşımalarda istifadə ediləcək, altısı elektrik qatarıdır – 3-ü regional daşımalar, daha üçü isə şəhərətrafı daşımalarda istifadə olunacaq.
Müqaviləyə əsasən, ADY ilk qatarları 2022-ci ildə əldə edəcək. Eyni zamanda, ADY ilk olaraq 4 beş vaqonlu dizel qatarları alacaq.
Stadler FLIRT - İsveçrənin Stadler Rail AG şirkətinin istehsalı olan elektrik və dizel sərnişin qatarlarıdır. FLIRT (Fast Light Innovative Regional Train) yüngül innovatov sürət qatarıdır. İlk qatar İsveçrə dəmir yolları üçün istehsal olunaraq 2004-cü ildə tədarük edilib. Sonrakı illərdə qatar Əlcəzair, Belarus, Macarıstan, Almaniya, İtaliya, Norveç, Polşa, Finlandiya, Çexiya, Estoniyada operatorlara tədarük olunub. Polşada sifarişçilər üçün FLIRT elektrik qatarlarının istehsalı Stadler zavodunda həyata keçirilir. **
A.Əzizov