Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu «Fasad F» MMC-ni tikinti işlərinin həyata keçirilməsinə cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Fasad F» Tərtər Bölgə Təcrübə Stansiyasının ərazisində toxum emalı sexinin inzibati və köməkçi binalarını inşa edəcək.
Müqavilənin dəyəri 3 milyon 320,865 min manatdır.*
B.Rüstəmbəyov