Azərbaycan prezidenti İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmirinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.
Sərəncamın mətni çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov