“Azərişıq” ASC Şamaxı rayonunda 35 kV-luq “Çuxuryurd-Meysəri” elektrik verilişi xəttinin çəkilişi üçün podratçı seçir. Bu barədə cəmiyyətin elanında qeyd olunur.
İştirak haqqı – 400 manatdır.
Şirkətlərdən tender təklifləri 2020-ci il 6 yanvar saat 16:00-dək qəbul olunur. Tender proseduru yanvarın 7-də saat 16:00-da baş tutacaq.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova