"Azərkosmos" ASC əməkdaşlarının könüllü tibbi sığortasını (KTS) həyata keçirəcək sığorta şirkətini müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verib.
““PAŞA Sığorta” "Azərkosmos" ASC-nin əməkdaşlarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib. Şirkətlə sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb", - deyə məlumatda qeyd olunur.
Müqavilənin dəyəri 19,5 min manatdır.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkət sığorta haqlarının yığım və ödəniş həcminə görə sığorta şirkətlərinin ilk üçlüyündə yer alır. “PAŞA Sığorta” 31 sığorta növü üzrə xidmət göstərir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
Ə.Məmmədov