Gəncə Şəhər İcra Hakimiyyəti yaşayış binalarında 8 liftin dəyişdirilməsinə 504 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.azsaytında dərc olunmuş məlumata görə, «Bakı Otis Lift» QSC ilə 504,554 min manat məbləğində müvafiq müqavilə imzalanıb.
Qeyd edək ki, prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 5 fevral tarixli sərəncamına dəyişikliklər edib. Gəncədə 40 yaşayış binasında 83 istismara yararsız liftin yeniləri ilə əvəz edilməsi planlaşdırılır.
Bu məqsədlərə 5,48 milyon manat yönəldiləcək.*
B.Rüstəmbəyov