Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərar qəbul edilib. Bu barədə Azərbaycan KİV-ləri xəbər verir.
Partiyadan “İnterfaks-Azərbaycan” agentliyinə Siyasi Şuranın iclasının keçirilməsi barədə məlumatı təsdiq ediblər.
“Saat 15:00-da YAP-ın icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək və iclasda qəbul edilən qərarlar barədə elan edəcək”, - deyə məlumatda bildirilir.
Milli Məclisdə 125 deputat təmsil olunur. YAP parlamentdə əksəriyyət təşkil edir.
Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.*