Slovakiya XİN başçısı rəsmi Bratislavanın ATƏT-də sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyinə inanır.
“Bildiyiniz kimi, bu il Slovakiya ATƏT-də sədrlik edir. Əlbəttə ki, biz vəziyyətin gedişatını diqqətlə izləyirik. İnanıram ki, Slovakiyanın sədrliyi Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”, - Miroslav Layçak bu gün jurnalistlərə bildirib.
Azərbacan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəlıərinə toxunan Layçak bunun “çox müsbət addım” olduğunu qeyd edb. “Bu, əminliyi artırır, vəziyyəti yaxşılaşdırır, gərginliyi azaldır. Hesab edirəm ki, bu siyasi həll üşün yol açacaq”, - Layçak bildirib. **
Ə.Məmmədov