“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2020-ci ilin yanvar ayının sonunadək Abşeron dairəsi üzrə qatarların hərəkətini təşkil etməyi nəzərdə tutur. Bu barədə ADY-nin sədri Cavid Qurbanov məlumat verib.
“Bu yaxınlarda biz Pirşağı dəmir yolu stansiyasını istifadəyə vermişik. Bakıdan Pirşağı qəsəbəsinə qədər məsafə 30,5 km-ə yaxın təşkil edir, təxminən 18 km uzunluğunda hissədə isə işlər başa çatdırılmalıdır. Hesab edirəm ki, bu işlər gələn ilin əvvəlində başa çatacaq və yol yanvar ayının sonunda istifadəyə veriləcək”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, söhbət qatarların Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakı istiqamətində istifadəyə verilməsindən gedir.*
Ə.Məmmədov